XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 May 2016 - 19:43

Kerridən Əsədə ittiham:"Təhlükəsizlik Şurasının qətnaməsini pozur"

ABŞ dövlət katibi Con Kerri Suriya lideri Bəşər Əsədi BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozmaqda ittiham edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kerri bu qətnamənin atəşkəsə və döyüşləri dayandırmağa çağırdığını bildirib: «Cənab Əsəd BMT Təhlükəsizlik Şurasının 2464 saylı qətnaməsini açıq şəkildə pozur. Bu qətnamə döyüşlərin tək bir ərazidə yox, bütün ölkə boyu istisnasız olaraq dayandırılmasını tələb edir. Lakin Hələbdə gedən döyüşlər sənədə əməl olunmadığını göstərir». 

Xatırladaq ki, Moskva və Vaşinqton fevralın 28-də Suriyada müvəqqəti atəşkəs barədə razılığa gəliblər.