Polşa ilk dəfə olaraq həyat səviyyəsinə görə bir Qərbi Avropa ölkəsini geridə qoyub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu məlumat verib: «Alıcılıq qabiliyyətinin səviyyəsi ilə bağlı ötən ilki göstəriciləri nəzərə alsaq, hər bir Yunanıstan vətəndaşının gəliri 26 min 449 dollar olub. Hər bir Polşa vətəndaşının isə bundan 6 dollar daha çox. Proqnozlara görə, gələn il bu fərq daha da artacaq. İki il sonra isə Polşa Portuqaliyanı da geridə qoyacaq».