Bir çox hökmlər artıq icra edilib
Pakistan hökuməti edam moratoriumunu tam şəkildə ləğv edib.
Strateq.az xarici KİV-ə isnadən bildirir ki, 2014-cü il dekabrın sonunda respublikada terrorçuluğa görə mühakimə edilən cinayətkarların edam edilməsinə yasaq götürülüb.
Bir çox hökmlər artıq icra edilib.
ölkə rəhbərliyi “Tehrik-e taliban Pakistan” qruplaşması döyüşçülərinin Peşavar şəhərindəki hərbi məktəbin binasına hücumundan sonra bu cür edam formasını bərpa etməyi qərara almışdı. O zaman 140-dan çox adam həlak olmuşdu, onların əksəriyyəti kursant idi.
Xarici mətbuat yazır ki, Pakinstanda bir qayda olaraq asma yolu ilə ölü cəzasına məhkum edirlər.