Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dünən Sergey Lavrovun ünvanına söylədiyi fikirləri şərh edib.
O, “Facebook” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı yazıb:
“Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Türkiyənin İŞİD-lə əlaqəsinin sübuta yetiriləcəyi təqdirdə istefaya getməyə hazır olduğunu deyib. Bunu Türkiyə Rusiyanın təyyarəsini vurandan sonra etmək lazım idi. İŞİD-lə əlaqəyə görə isə istefaya yox, həbsxanaya gedirlər”(Virtualaz.org).
Xatırladaq ki, dünən Çavuşoğlu Lavrova xitabən bildirmişdi ki, əgər Türkiyənin İŞİD-lə əlaqələri sübuta yetirilərsə, istefaya getməyə hazırdır, əks təqdirdə isə Rusiyanın xarici işlər nazirini həyatının sonuna kimi Antalyada qonaq edəcək.