PKK terrorçularının hərbi konvoya hücumu nəticəsində Türk ordusu 4 şəhid verib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçular Hakkarinin Şemdinli kəndində yol kənarına qoyduqları partlayıcı qurğuları hərbi konvoyun keçidi zamanı işə salıblar.
Nəticədə hərbi maşında olan əsgərlərdən 4-ü həyatını itirib, 9 nəfər yaralanıb.