Hazırlanan hücum haqqında rəqibnin danışıqlarının tutulması yoluyla məlumat əldə edilib
ATƏ-nin spikeri (ATƏ – antiterror əməliyyatı) Andrey Lısenkonun sözlərinə görə, Ukrayna hərbçiləri Donbas ərazisində düşmənin mümkün hücumlarına hazırdırlar: “İstənilən hücuma həmişə hazırıq. İstər gecə olsun, istərsə də gündüz”.
Strateq.az Ukrayna KİV-ə isnadən xəbər verir ki, Lısenko rəqibin guya martın 10-dan sonra bütün cəbhə boyu hücuma keçəcəyi barədə məlumatı belə şərh edib.
ATƏ spikeri qeyd edib ki, döyüş zonasındakı hərbçilərdə “ağır texnikanı dayandıra biləsi ağır piyada silahları qalıb”. O həmçinin “döyüşçülər”in hücuma keçəcəyi halda əvvəllər cəbhə xəttindən geri çəkilmiş artilleriyanın ön xəttə gətiriləcəyini də əlavə edib.
“Azov” alayı hazırlanan hücum haqqında rəqibnin danışıqlarının tutulması yoluyla məlumat əldə edib. Məlumata görə, onlar əsasən, Lisiçansk istiqamətində (Luqansk vilayəti) hücuma hazırlaşırlar.