XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 06:46

Tıxaca düşən Putin Roma Papası ilə görüşə gecikib

putin papa.jpg

Rusiya prezidenti Vladimir Putinin Roma Papasının görüşünə 1 saat gecikməsinə Kremldən rəsmi açıqlama gəlib.

Prezidentin mətbuat katibi Peskov bildirib ki, Putinin Papa Fransisklə görüşə gecikməsinə səbəb Milanda davam edən uzun danışıqlar və kortejin Milan və Roma küçələrində hərəkəti zamanı yaranan çətinliklər olub.

Dmitriy Peskovun sözlərinə görə, bütün yol boyu gecikmə Vatikan sarayına ötürülüb və razılaşdırılıb.

Qeyd edək ki, İtaliyada səfərdə olan Putin Roma papası ilə görüşə limuzində və kortejində 13 avtomobilin müşayiəti ilə gedib.

Qafqazinfo.az