XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 May 2016 - 20:14

Britaniya: kraliçanın tac çıxışı vəsensasiyalı fikirləri

Böyük Britaniya və Şimali İrlandiya kraliçası II Elizabet mayın 18-də parlamentdə tac çıxışı edib. Bu, gələn parlament ilində hökumətin fəaliyyət proqramını təqdim edən ənənəvi illik çıxışdır.

Euronews telekanalı xəbər verir ki, sənədin mətni fəaliyyətdə olan Baş nazirin rəhbərliyi ilə hazırlanır.

“Mənim hökumətim Avropa İttifaqında üzvlüklə əlaqədar referendum keçirəcək. Britaniya qanunlarına yeni təkliflər daxil ediləcək. Nazirlərim parlamentin suverenliyini və İcmalar Palatasının aliliyini qoruyacaq”, – deyə kraliça çıxışında bildirib.

Eyni zamanda, “The Sun” tabloidində kraliçanın ölkəsinin Aİ-dən çıxmasını dəstəklədiyi barədə sensasiyalı material dərc olunub. “Etibarlı mənbələrə” istinad edən qəzet II Elizabetin guya Avropa İttifaqının səhv yolla getdiyini deməsi barədə xəbər yayıb.

Kraliça parlamentdə çıxışı zamanı, həmçinin Böyük Britaniyanın Ukraynadakı gərginliyin azaldılması istiqamətində işlərini davam etdirəcəyini və Suriya münaqişəsinin dinc həlli yollarını axtararaq İŞİD qruplaşmasına qarşı kampaniyada aparıcı rol oynayacağını deyib(azərtac).