XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 08:47

MHP geriyə addım atdı, koalisiya ola bilər – Şərtlər
Türkiyədə seçki nəticələrinin açıqlandığı gecə heç bir koalisiyaya girməyəcəyini söyləyən MHP lideri Dövlət Bahçeli geriyə addım atıb. O bildirib ki, üç təklifləri nəzərə alınarsa, koalisiya ola bilər.
MHP rəhbərliyində üç saat davam edən yığıncaqdan sonra bu qərara gəlinib. Bahçeli qatı mövqeyindən imtina edərək qırmızı xəttlərini açıqlayıb. Bu şərtlər daxilində AKP, yaxud da digər partiya ilə koalisiya modelinin mümkünlüyü açıqlanıb. Şərtlər isə bunlardır: prezident Ərdoğan Konstitusiya çərçivəsində hərəkət edəcək və tərəfsiz mövqeyə gələcək; “Həll prosesi” müzakirə edilməyəcək; ötən ilin dekabr əməliyyatlarında adı keçənlər barəsində isə araşdırma aparılacaq. Bildirilir ki, MHP bu həftə sonu millət vəkillərini yığaraq son müzakirələrini aparacaq.
Musavat.com