Liviyada törədilən terror aktı nəticəsində ölən hərbçilərin sayı 32-yə çatıb.
APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, daha 50 hərbçinin yaralandığı bildirilir.
Sirt şəhəri yaxınlığında terrorçu-kamikadze özünü minalanmış avtomobildə partladıb, daha sonra hərbiçilərlə terrorçular arasında atışma olub.
Terror aktının İŞİD qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.