XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 May 2016 - 10:53

ABŞ hərbi təyyarəsiqəzaya uğradı (FOTO)

ABŞ hərbi təyyarəsi V-52 qəzaya uğrayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qəza təyyarə Quam adasındakı «Andersen» hərbi bazasından uçuşa başlayandan az sonra baş verib.

Şimali Dakotadakı hərbi bazaya uçan təyyarənin göyərtəsində 7 nəfər olub. Ekipaj üzvlərindən heç kim xəsarət almayıb. 

Təyyarə yerə düşən kimi parçalanaraq yanmağa başlayıb. Yanğından çıxan qatı dumanı bir neçə yüz metrlikdən də görmək mümkün olub. 

V-52 bomba daşıyan təyyarədir və 60 ildir istifadədə idi. 2008-ci ildə Quam adasında oxşar qəza baş vermiş, lakin həmin vaxt 6 ekipaj üzvü həyatını itirmişdi.