Birləşmiş Ştatlar Ukraynadakı yeni səfirini rəsmən elan edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra ABŞ-ın Kiyevdəki səfiri Meri Yovanoviç olacaq. Hazırkı səfir Ceffri Payett isə fəaliyyətini Yunanıstanda davam etdirəcək.
Kadr islahatı barədə Ağ Evin mətbuat xidməti Obama administrasiyasına istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Yovanoviç 2012-ci ildən ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə bürosunda birinci müavin vəzifəsini tutub. 2005–2008-ci illərdə Qırğızıstanda, 2008–2011-ci illərdə Ermənistanda diplomatik fəaliyyətdə olan xanım Yovanoviç Kiyevə bundan əvvəl də (2001-2004) təyinat alıb. Həmin vaxt o, səfir köməkçisi vəzifəsini tutub.
Yovanoviç 86-cı ildən bu yana Kanada, Rusiya, Somali və Britaniya da diplomatik fəaliyyətdə olub.