XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2015 - 14:56

Dərvişoğlu da “AKP-CHP koalisiyası” dedi

Hazırlayıb həyata keçirdiyi islahatlarla böyük iqtisadi böhranlara yol açsa da, Türkiyədə iqtisadi yüksəlişin təməllərini atan və indiyə qədər nəzəri görüşlərinin qüvvədə olduğu bildirilən Kamal Dərvişoğlu da qurulması gözlənilən yeni hökumətin tərkibi haqqında öz mülahizələrini açıqladı. Dərvişoğluna görə, yeni hökumət AKP-CHP koalisiyası olmalıdır. Bu ittifaqın ən yaxşı variant olduğunu bildirən məhşur iqtisadçı Almaniya modelini örnək göstərdi: “İki partiya arasında səs nisbəti bərabər olmasa da, hakimiyyət bölgüsündə adil paylaşım olmalıdır. Yəni baş nazirin müavinləri eyni sayda olduğu kimi, nazirliklər də bərabər bölüşdürülməlidir”.

Bunun səbəbinə gəlincə, Dərvişoğluna görə, CHP özünü kiçik ortaq kimi hiss etməməli, bərabərhüquqlu tərəf kimi görməlidir”.

Seçkidən əvvəl Dərvişoğlunun CHP liderinə “hakimiyyətə gəlsəniz nazirlik təklifinizə isti baxaram” dediyi bildirilir. Arxasında Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi ciddi qlobal iqtisadi quruluşların dayandığı Dərvişoğlunun bu təklifinin hakim dairələr tərəfindən dəyərləndiriləcəyi təxmin olunur.

Heydər Oğuz

Strateq.az