XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

12 İyun 2015 - 05:27

İŞİD-n caynaqları Güney-Şərqi Asiyaya uzanır – Müsahibə

Mayın 29-da Sinqapurdakı regional sammitdə şəhər-dövlətin baş naziri bildirdi ki, “Güney-şərqi Asiya İŞİD-in səfərbərlik məntəqəsinə çevrilib”. Radikalların bölgədə fəallığı heç kim üçün yenilik deyil.

Atlantico: Bu gün İraq və Suriyada istisnasız olaraq indenoziyalılar, malayziyalılar və hətta bir neçə sinqapurludan təşkil olunmuş dəstələr var. İŞİD vətəndən bu qədər uzaqda döyüşməyə gedən yeni tərəfdarları necə toplaya bilir?

Alen Rodye: Hər şeydən öncə demək lazımdır ki, bu döyüşçülərin toplanması ilə İŞİD-in özü məşğul olmur. Avropa Uzaq Şərqdəki durumu yetərincə diqqətlə izləmir, lakin radikal və təcavüzkar İslam orada dərin kök atıb. Yada salıram ki, İndoneziya əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsidir. Bu göstərici üzrə Yaxın Şərqi xeyli geridə qoyur. Cihad Şərqi Asiyada artıq xeyli illərdir var. Balidə baş vermiş və 11 sentyabrın analoqu hesab edilən 2002-ci il 12 oktyabr teraktına diqqət yetirməyimizə dəyərdi. Sonralar orada xeyli səs-küylü teraktlar olub. Ən böyük terakt 2005-ci ldə Balidə baş verib. 2004-cü ildə Avstraliyanın İndoneziyadakı səfirliyi, 2009-cu ildə isə Cakartada “Marriott” oteli zərbəyə məruz qaldı. “Böyük” hadisələrdən başqa uzun illər ərzində İndoneziya və Filippini sarmış yerli radikal hərəkatın fəaliyyətini də qeyd etmək lazımdır. Əslində, biz terrorizm müharibəsi başlanğıcından başlamış münaqişəni özümüz üçün yenidən kəşf edirik. Keçmişi də hesabdan silmək olmaz: Əfqanıstanda sovet qoşunları ilə döyüşmüş və vətənə qayıtmış döyüşçülər bölgədə kifayət qədərdir. Bu hadisəni yeni nəsə adlandırmaq olmaz, lakin geniş Qərb auditoriyasına bu haqda az şey məlumdur. Daha sonra bu hərəkatlar yetərincə böyük olsa da, yerli rejimlər, xüsusən də İndoneziya (ona qarşı “Cəmaa islamiyyə” durur) və Filippin (əhəmiyyətli şəkildə mafioz tərkibə malik “Əbu Səyyaf” qrupu ilə döyüşür) üçün təhlükə yaratmağa onların gücü çatmaz. Bu hərəkatlar çoxdan mövcuddur, teraktlar təşkil edir və yaxud partizan müharibəsi aparır. Buna görə də yerli hökumətin reaksiyası həmişə son dərəcə sərt olur. İlin əvvəlində Filippində bir neçə hərəkata qarşı hər iki tərəfin böyük itkisi ilə başa çatan irirmiqyaslı əməliyyat keçirildi. Yəni terrorizmlə münaqişə orada da mövcuddur, lakin Yaxın Şərqdəki durumdan fərqli olaraq rejimlər üçün təhlükə yaratmır. Güney-şərqi Asiya hökumətləri ABŞ və Avstraliyanın dəstəyi ilə radikal hərəkatlara qarşı ən sərt tədbirlər görür və onların vəziyyəti çox çətin olur.

-Son illərdə bölgədə islamçılıq necə dəyişilib? İŞİD-in sayəsində böyük vüsət ala bilibmi?

-Bölgədəki iki ən böyük islamçı hərəkat – “Cəmaa islamiyyə” və “Əbu Səyyaf” keçmişdə digər xeyli radikal qruplar kimi “Əl-Qaidə” ilə əlaqə saxlayırdı. Hər necə olsa da, bu təmaslar praktik xarakterdənsə intellektual xarakter daşıyırdı. Lakin bölgədə “Əl-Qaidə”nin yüksəkrütbıəli üzvləri də tapılırdı. Yəni bunu nəzərə almamağına dəyməz. Bu hərəkatların məqsədi, həqiqətən də, İndoneziya, Malayziya, Sinqapur, Bruneyin bir hissəsi, Filippinin güneyi və Tailandda İslam dövlətləri yaratmaqdır. Bu hələlik əqli vəzifədir, çinki buna yetişmək üçün yetərincə vəsaitləri yoxdur, yerli hökumətlər isə onlara çox gözəl müqavimət göstərir. Suriya və İraqda baş verənlər, yəni İŞİD-lə “Əl-Qaidə” arasındakı təfriqə dünyadakı bütün radikal hərəkatlar kimi orada da iz buraxıb. Ənənəvi liderlərin planlarını praktikada gerçəkləşdirmək baş tutmadığından fəalların bir qismi İŞİD-ə sədaqət andı içib. Deməli, “Cəmaa islamiyyə”nin hazırda həbsdə oturan tarixi lideri Əbu Bəkr Bəşir on kamera yoldaşı ilə birlikdə İŞİD-ə sədaqət andı içdiyi videonu ortalığa çıxartdıra bilib. Bu hansısa ciddi problem yaratmır, çünki o, həbsxanadadır, adi fəallar isə böyük teraktlardan savayı ciddi nəticələr əldə etməyən “Əl-Qaidə”nin fəaliyyətsizliyi fonunda İŞİD-in cazibədar qələbə dinamikasına görə ondan örnək götürüblər. İŞİD fəalları bu qayda ilə özünə cəlb edir. Hər necə olsa da, düşünmürəm ki, İŞİD bölgəyə öz missionerlərini göndərib, hazırda onun başqa xeyli problemi var.

-İŞİD iddia edir ki, Güney-şərqi Asiyanı öz xilafətinin əyalətinə çevirmək istəyir. Bu bölgə qurum üçün hansı rəmzi və yaxud strateji əhəmiyyət daşıyır?

-Bölgə indki anda İŞİD üçün heç bir maraq kəsb etmir. Bu onun dünya xilafəti formalaşdırmaq vəzifəsinə aiddir. ümumiyyətlə, bu, artıq dəbə minib: kimsə İŞİD-ə biət edəndə o, bölgəni özünün “əyaləti” elan edir.

Alen Rodye Fransa kəşfiyyat araşdırmaları Mərkəzinin baş elmi işçisi, İslam terrorizmi və mütəşəkkil cinayətkarlıq üzrə mütəxəssisdir.

“Atlantico” (Fransa), 11.06.2015