XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

20 May 2016 - 14:07

İŞİD-dən aglasığmaz işgəncə- 25 nəfəri kislotada boğaraq öldürdülər

isid-efqan

Mosuldakı İŞİD silahlıları casusluqda ittiham olunan 25 nəfəri kislotada boğaraq öldürüblər.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Daily Mail» nəşri məlumat yayıb. Məlumata görə, həmin şəxslər İraq hökumətinə casusluqda ittiham olunublar. İŞİD-çilər onları içərisində kislota olan hovuza yığıraq işgəncəylə qətlə yetiriblər.

Qeyd edək ki, mayın 10-da İŞİD 5 nəfərlik ailəni diri-diri yandırmış, bir gün sonra da öz silahdaşlarından 35-ni diri-diri torpağa basdırmışdı.

Suriya insan haqları təşkilatının məlumatına görə, cihadçılar son dövrlərdə 4144 nəfəri edam ediblər. Onlardan 2230-u mülki şəxslər (qadınlar və uşaqlar da daxil olmaqla), 1100-ü əsirlər, 400-ü isə müxtəlif ittihamlarda təqsirli bilinən İŞİD-çilərdir.