XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 07:44

Twitter-in rəhbəri istefaya gedir

Twitter-in baş direktoru Dik Kostolo istefaya gedir. O, öz postunu iyulun 1-dən tərk edəcək, bununla yanaşı şirkətin İdarə Heyətində yerini saxlayacaq.

Oxu.az xəbər verir ki, o bunu Twitter-in mikrobloqunda elan edib.

“Twitter komandası və bu komandanın mənim rəhbərlik etdiyim altı il müddətində əldə etdiyi nailiyyətləri ilə fəxr edirəm. Bizim dəqiq hədəf və prioritetlər strategiyamız mövcuddur”, – Kostolonun bəyanatında deyilir.

Twitter mikrobloqları servisi 2006-cı ildə yaradılıb, şirkətin baş qərargahı San-Fransiskoda (Kaliforniya ştatı) yerləşir. Dik Kostolo şirkətə 2009-cu ilin sentyabrında gəlib, bir aydan sonra isə əməliyyat direktoru olub.

2010-cu ildə Eva Uilyams bu vəzifədən getdikdən sonra Twitter-ə rəhbərlik etməyə başlayıb.