Bağdadda nümayişin dağıdılması zamanı azı 3 nəfər həlak olub. Etiraz aksiyası iştirakçılarının əksəriyyəti şiələrin lideri Muktəda əs-Sədrin tərəfdarlarıdır.
Etiraz aksiyasının yüzlərlə iştirakçısı paytaxtda hökumət binaları və səfirliklərin yerləşdiyi “yaşıl zonaya” daxil olub. Təhlükəsizlik qüvvələrinin onlara qarşı gözyaşardıcı qazlardan, döyüş güllələrindən və səs qumbaralarından istifadə etdiyi bildirilir.
Nümayişçilər ölkədə yüksək səviyyəli korrupsiyadan və parlament deputatlarının texnokratların hökumətini hakimiyyətə gətirmək üçün razılaşa bilmədiklərindən narazıdırlar. Etiraz aksiyalarına cavab olaraq şəhər rəhbərliyi Bağdadda komendant saatı tətbiq edib.
İraq hərbçiləri isə öz növbəsində şəhərdəki vəziyyətə tam nəzarət etdiklərini bildiriblər(azərtac).