XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2015 - 10:14

Saakaşvilinin vəzifə maaşı bəlli oldu: Ayda 267 dollar

saakavili.jpg

Ukraynanın Odessa vilayətinin yeni başçısı Mixail Saakaşvili ştat cədvəlinə uyğun olaraq, ayda 5644 qrivna, yaxud 267 dollar maaş alacaq.

“RİA Novosti” xəbər verir ki, bu haqda ukraynalı politoloq Qleb Kanayevskinin məsələ ilə bağlı sorğusuna cavab olaraq vilayətin aidiyyəti qurumundan bildirilib.

Bu maaş Ukrayna Nazirlər Kabinetinin 2015-ci il fevralın 14-ü tarixli qərarına uyğun olaraq müəyyənləşdirilib. Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu il mayın 30-da Ukrayna prezidenti Pyotr Poroşenkonun fərmanı ilə Odesa vilayətinin başçısı təyin edilib.