XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 May 2016 - 18:15

Rusiya çempionu bəlli oldu- "Dinamo" tarixində ilk dəfə Premyer Liqanı tərk etdi

MOİK futbol klubu 6-cı dəfə Rusiya çempionu titulunu qazanıb. "Hərbçilər" buna sonuncu turda nail olublar. 

Səfərdə Kazanın "Rubin" klubunu 1:0 hesabı ilə məğlub edən Moskva təmsilçisinin yeganə qolunu 19-cu dəqiqədə Alan Dzaqoyev vurub. Bu qələbədən sonra xallarını 65-ə yüksəldən MOİK ən yaxın rəqibi "Rostov"u 2 xal üstələyib. Bununla belə, hər iki komanda Rusiyanı gələn mövsüm Çempionlar Liqasında təmsil edəcək. 59 xalla bürünc medala sahib olan "Zenit" isə "Krasnodar" (56 xal) və "Spartak"la (50 xal) birgə Avropa Liqasında mübarizə aparacaq. 

25 xala malik Moskva "Dinamo"su isə tarixində ilk dəfə Premyer Liqanı tərk edib. I Diviziona 24 xalı olan "Mordoviya" da düşüb. 

Qeyd edək ki, MOİK daha öncə 2003, 2005, 2006, 2012/2013 və 2013/2014 mövsümlərində Rusiya çempionu olub. Klub daha 7 dəfə SSRİ çempionu adını qazanıb(report).