XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 May 2016 - 13:37

Lukaşenko VatikandaRoma Papası ilə görüşdü

Sanksiyaların ləğvindən sonra ilk dəfə Avropaya səfər edən Belarus prezidenti Aleksandr Lukaşenko Vatikanda Roma Papası Fransisklə görüşüb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Lukaşenko Papanı Belarusa patriarx Kirillə görüşə dəvət edib: «Papa Belarusa gəlib bizim patriarxla birgə əhali ilə görüşməlidir. Artıq bunun vaxtı çatıb».

Söhbət zamanı Belarusdakı kilsələr və dini icmalarla da bağlı müzakirə aparılıb.

Papa Lukaşenkoya xatirə olaraq üzərində zeytun ağacının əks olunduğu medalyon hədiyyə edib. «Bunu özünüzlə Minskə aparın ki, ora sülh şəhəri olsun», deyə Papa bildirib.