XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 May 2016 - 17:39

Molla Mansurun həlak olduğunutaliblər də təsdiqlədi

Taliblərin yüksək vəzifəli komandiri molla Abdul Rauf qruplaşmanın lideri Əhtar Mansurun ABŞ-ın pilotsuz ucan aparatının zərbəsi nəticəsində həlak olması faktını təsdiqləyib. O, molla Mansurun Əfqanıstan-Pakistan sərhədi rayonunda öldürüldüyünü deyib.

Əfqanıstan prezidentinin dəftərxanası tərəfindən “Taliban” hərəkatı liderinin ölümü deyil, yalnız Amerikanın aviazərbə endirməsi təsdiqlənib. Ölkənin Baş naziri Abdulla Abdulla isə bəyan edib ki, Mansur çox güman ki, öldürülüb.

ABŞ-ın pilotsuz ucan aparatı mayın 21-də Pakistan sərhədi yaxınlığında yerləşən Əhməd-Val şəhərinin cənub-qərbinə zərbələr endirib. Pakistanın Samaa telekanalının yaydığı xəbərə görə, aviasiya hücumu zamanı “Taliban”ın lideri deyil, taksi sürücüsü və onun sərnişini həlak olub.

Pentaqonun nümayəndəsi Piter Kuk əməliyyatın nəticələrinin qiymətləndirildiyini, əlavə detallar barədə bir müddət sonra məlumat veriləcəyini bildirib.

Xatırladaq ki, molla Mansur hərəkata “Taliban”ın banisi molla Məhəmməd Ömərin ölümündən sonra 2015-ci ilin yayından rəsmən liderlik etməyə başlamışdı. O, Ömərin ölümünü iki ildən çox gizli saxlamışdı(azərtac).