XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2016 - 12:05

NATO baş katibi:“Rusiyanın təcavüzkar siyasətinə cavab verməliyik”

FILE - In this Feb. 5, 2014 file photo, NATO Secretary General Jens Stoltenberg speaks during a media conference at NATO headquarters in Brussels. Top officials from NATO and Russia clashed sharply in public Friday, March 20, 2015 over who is to blame for the dramatically worsened state of East-West relations. (AP Photo/Virginia Mayo, File)

NATO- nun baş katibi Yens Stoltenberq alyansın Şərqi Avropada mövcudluğunun möhkəmləndirilməsinin zəruri olduğunu bəyan edib.

Strateq.az bildirir ki, NATO baş katibinin sözlərinə görə, alyans “Rusiyanın təcavüzkar siyasətinə” cavab verməlidir.

Lakin o, Rusiyanın təcavüzünün nədən ibarət olduğunu açıqlamayıb.

“NATO-nun şərq cinahının möhkəmləndirilməsi alyans qarşısında duran yeni tapşırıqlara, o cümlədən Rusiyanın aqressiv siyasətinə qarşı  cavabdır”, – deyə Stoltenberq Polşa radiosuna müsahibəsində bildirib.  

Baş katib bu müsahibəni Varşavada keçirləcək NATO sammiti öncəsi verib. Stoltenberq bildirib ki, sammitdə çox mühüm qərarlar qəbul olunacaq.