XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 May 2016 - 12:19

Hillari Klinton:“Tramp anormal namizəddir və ABŞ üçün təhlükədir”

klinton

“Donald Tramp ABŞ üçün təhlükədir”.

Strateq.az NBC News-ə istinadən bildirir ki, bu sözləri Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton deyib. Onun sözlərinə görə, Trampın siyasi baxışları və özü ABŞ üçün təhlükədir: “Fikimcə, onun özü, namizədliyi və danışdıqları ölkəmiz üçün ciddi təhlükə yaradır”.  

Klinton qeyd edib ki, özünü partiyanın faktiki namizədi sayır və finalda Trampla mübarizdə bütün səyini ortaya qoyacaq.

“O, normal namizəd deyil. O, yaxın müttəfiqimiz olan Böyük Britaniyaya qarşı aqressiv çıxış edir, Şimali Koreyanın qorxunc diktatorunu tərifləyir. Gah NATO-dan çıxmağı təklif edir, gah da başqa ölkələrə nüvə silahını yaratmağa icazə verəcəyini bildirir” – deyə prezidentliyə namizəd vurğulayıb.

Klintonun sözlərinə görə,  bütün bunlar  ABŞ üçün təhlükə yaradır.