Yaponiyada 3 saat ərzində bankomatdan 13 milyon dollar pul oğurlanıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, oğurluq saxta kredit kartları ilə həyata keçirilib.
Yerli NHK telekanalının məlumatına görə, eyni anda Tokio və ölkənin bir neçə şəhərindəki bankomatlardan 100 nəfər pul çəkib.
Hazırda polis cinayətkarların tapılması istiqamətində əməliyyat tədbirlərini davam etdirir. İlkin ehtimallara görə, cinayətkar dəstə Cənubi Afrika bankından oğurlanan informasiyalardan istifadə edib. Saxta kredit kartları da həmin informasiyaların köməyilə hazırlanıb.