Mayın 22-də Avstriyada prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərin ikinci turunda mübarizə sağçı-radikal Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hofer və Yaşıllar Partiyasının sabiq sədri, müstəqil namizəd Aleksandr Van der Bellen arasında olub. Hər iki namizədin topladığı səslər çox yaxın olduğuna görə məktub vasitəsilə səs vermiş seçicilərin (ümumi səs verənlərin 14 faizi) cavabları Daxili İşlər Nazirliyi tərkibindəki Mərkəzi Seçki Komissiyasına daxil olduqdan sonra yekun rəsmi nəticələri elan etmək mümkün olub.
Azərtac xəbər verir ki, elan edilmiş rəsmi nəticələrə əsasən, seçicilərin 51,9 faizi Aleksandr Van der Bellenə səs verib. Sağçı-radikal Avstriya Azadlıq Partiyasının namizədi Norbert Hofer isə 48,1 faiz səs toplayaraq seçkilərdə məğlub olub.
Beləliklə, Aleksandr Van der Bellen növbəti altı il müddətinə Avstriyanın Federal Prezidenti vəzifəsinə seçilib. O, vəzifə səlahiyyətlərinin icrasına bu ilin iyulunda başlayacaq.