"Rusiyanın prioriteti Pekinlə qarşılıqlı fəaliyyətin inkişafıdır".
Bunu çinli həmkarı Van İ ilə görüşü zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, Çin Rusiyanın əsas ticarət partnyorudur(Axar.az).
Qeyd edək ki, bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyi ölkənin xarici siyasətinin Qərbdən Şərqə doğru çevrilmədiyi haqqında informasiya yaymışdı.