XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

10 Mart 2015 - 20:16

Nemtsovun “qatili” ifadəsindən imtina etdi

Nemtsovun qatili kimi təqdim olunan şəxs etiraf ifadəsindən imtina etdi

Rusiyanın məcburi saxlanma məntəqələrində insan hüquqlarının vəziyyətini araşdıran İctimai Nəzarət Komissiyasının üzvləri “Lefortovo” istintaq təcridxanasında olublar. Musavat.com “Moskovski komsomolets” qəzetinə istinadən xəbər verir ki, onlar Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən Zaur Dadayevlə görüşüblər. Zaur Dadayev günahsız olduğunu bəyan edib: “Düşündüm ki, Moskvaya gətirəcəklər və məhkəmədə həqiqəti danışacam. Deyəcəm ki, günahsızam. Amma hakim mənə söz vermədi”.
Qeyd edək ki, Moskvanın Basman məhkəməsi Zaur Dadayev barəsində həbs-qətimkan tədbiri seçib. Hakim bildirib ki, Zaur Dadayevin günahı özünün etiraf ifadəsi ilə təsdiqlənir.