Kadırovun mükafatlar siyahısı Şərəf ordeni ilə zənginləşib
çeçenistanın başçısı Ramzan Kadırov bildirib ki, həyatını Rusiya prezidenti Vladimir Piutinə qurban verməyə hazırdır.
Strateq.az Rusiya KİV-ə isnadən xəbər verir ki, o, Şərəf ordeni ilə təltif edilməsini öz İnstagram səhifəsində belə şərh edib.
Kadırov yazıb: “Mən bu qədər yüksək mükafata və cüzi əməyimə verilən qiymətə görə Rusiyanın prezienti, RF HQ-nin Ali Baş Komandanı Vladimir Putunə hədsiz dərəcədə minnətdaram. Belə bir insana görə həyatını qurban vermək ən asan işdir”.
Qeyd edək ki, Kadırovun mükafatlar siyahısı martın 9-da Şərəf ordeni ilə zənginləşib. Buna qədər isə Rusiya Federasiyasının Qəhrəmanı adı ilə təltif edilmişdi. Kadırov Mərdlik və IV dərəcəli “Vətən qarşısında xidmətlətinə görə” ordenlərinin sahibidir. çeçenistan başçısı həmçinin iki dəfə “İctimai asayişin qorunmasında fərqlənməyə görə” medalı ilə təltif edilib.
Prezidentin mətbuat katibi Dmitri Peskov Boris Nemtsovu öldürməkdə şübhəli bilinənlərin həbsi ilə Kadırovun ordenlə təltif edilməsinin eyni vaxta düşməsini təsadüf adlandırıb. Onun sözlərinə görə, mükafatın verilməsi əvvəlcədən planlaşdırlmışdı.