XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 May 2016 - 13:55

Poroşenko ukraynalı pilotu gətirmək üçün Rusiyaya getdi –Məhkumların dəyişdirilməsi prosesi

poroshenko-300x150

Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenkonun dəyişdirilməsi üçün Rostova uçub.

Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb:

“Hazırda rus dustaqlar Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovun olduğu prezident təyyarəsi Rostova enib. Rusiyalı pilot Nadejda Savçenko da hüquq mühafizə orqanı əməkdaşlarının müşayiəti ilə aeroporta gətirilib”.

Bildirilib ki, dəyişmə aeroportda baş tutacaq.

Nadejda Savçenkonun Ukraynaya təhvil verilməsi iki ölkə arasında əldə olunuş razılaşma əsasən baş tutacaq.

“Hazırda Savçenkonu mühafizə edən rus xüsusi təyinatlıları Rostovdadır. İkitərəfli razılaşmaya əsasən Ukraynada həbsdə olan iki Rusiya vətəndaşı da ruslara təhvil veriləcək”, – mənbə bildirib(Axar.az).

Ukrayna mətbuatı da Prezident Pyotr Poroşenkonun iki rus dustağın əfv edilməsilə bağlı sərəncam imzaladığını yazıb.