XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2015 - 20:13

Buşun balaca qardaşı prezidentliyə namizəd olacaq

ABŞ-ın Florida ştatının sabiq qubernatoru Ceb Buş iyunun 15-də prezidentliyə namizədliyini rəsmən bəyan edəcək.

Musavat.com-un xarici mənbəyə istinadən verdiyi xəbərə görə, Buş özünün twitter səhifəsində seçki kampaniyasının loqotipini yerləşdirib.

CNN telekanalına müsahibəsində Ceb Buş bildirib ki, seçki yarışında prezidentliyə namizəd statusuna keçid ona gələcək prezidentə lazım olan zəruri lider keyfiyyətlərini mənimsəməyə imkan verəcək.

Ceb Buş 2016-cı ilin seçkilərində qalib gələrsə, Buş sülaləsi üç nümayəndəsi prezident olmuş yeganə sülalə kimi ölkə tarixinə düşəcək.

Qeyd edək ki, az öncə Buş Avropada ABŞ hərbçilərinin sayını artırmağın zəruriliyini bildirmişdi.