Avroqrupun maliyyə nazirləri və Beynəlxalq Valyuta Fondunun nümayəndələri uzun müzakirələrdən sonra Yunanıstana maliyyə yardımı paketinin verilməsini təsdiq ediblər. Yunanıstan Avropanın Stabilləşmə Mexanizminin ehtiyatlarından 10,3 milyard avro yardım alacaq, bununla da ölkə iflasa uğramayacaq.
Yunanıstanda böyük etirazlarla qarşılanan pensiya məbləğinin azaldılması və vergilərin artırılması kimi islahatların aparılması 5,4 milyard avroya qənaət etməyə imkan verəcək. Yunanıstana 86 milyard avro məbləğində yardım verilməsi barədə saziş isə 2015-ci ilin iyununda Avropa İttifaqı, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən qəbul olunub(azərtac).