Rusiyanın maraqlarını bu qurumda Belorus təmsil edəcək
Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (AASQM) Ortaq Məsləhətləşmələr Qrupunun (OMQ) iclaslarında iştirakını dayandırmağı qərarar alıb.
Strateq.az Rusiya KİV-ə isnadən bildirir ki, bu barədə Rusiya nümayəndə heyəti rəhbərinin Venada hərbi təhlükəsizlik məsələləri üzrə danışıqlardakı bəyanatında bildirilib.
XİN təmsilçisinin sözlərinə görə, Moskva 2015-ci il martın 11-dən AASQM-də fəaliyyətini tam şəkildə dayandıracaq. Bundan başqa, diplomat bildirib ki, Rusiya Belorusdan OMQ-də onun maraqlarını təmsil etməyi xahiş edib.