XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 May 2016 - 19:08

Türkiyə təyyarəsi qəfil eniş etdi- Terror şübhəsi

İstanbuldan Londona uçan “Turkish Airlines” kompaniyasına məxsus təyyarə Belqrad şəhərində təcili eniş edib. Bu barədə Nikola Tesla hava limanının mətbuat xidməti məlumat verib.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarənin göyərtəsindəki 300 sərnişin və 15 ekipaj üzvü təxliyə edilib.

Serbiya KİV-ləri laynerdə sahibi məlum olmayan mobil telefonun aşkarlanmasının terror şübhəsi yaratdığını yazır. Təyyarədə partlayıcı qurğu axtarışının aparıldığı bildirilir.

Aviaşirkətin Serbiya paytaxtında yerləşən nümayəndəliyi hadisə ilə bağlı şərh verməkdən imtina edib.