XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 May 2016 - 21:40

Misirdə otellərin qiyməti10 dəfə ucuzlaşıb

Misirdə «EgyptAir»ə məxsus təyyarə terror hücumuna məruz qalandan sonra ölkəyə gələn turistlərin sayında xeyli azalma olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Misirdəki otellərdə qiymətlərin 10 dəfə ucuzlaşdığı bildirilir.

«The Daily Mail»in məlumatına görə, əsas istirahət zonası olan Şarm-əl-Şeyxdəki otellərdə bir gecənin qiyməti 26-50 dollar olub. Məsələn, məlum hadisəyə qədər «Radisson Blu Resort»da bir gecə üçün 200 dollar ödəmək lazım gəlirdi. İndi isə qiymət 26-27 dollardır.

Misirdə təkcə otellər yox, tarixi abidələrin olduğu məkanlar da turistsiz qalıb.