XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 May 2016 - 17:45

Obama Xirosima qurbanlarını yad etdi:“Biz bu iblisanə bəlanı bir daha təkrar etməməliyik “

obama xirosima

Yaponiyada səfərdə olan ABŞ prezidenti Barak Obama Xirosima qurbanlarının xatirə memorialını ziyarət edib.

Strateq.az “Röyter”ə istinadən bildirir ki, Obama xatirə yerinə əklil qoyub. Əklilin üzərində yapon dilində “qoy burada ruhlar rahat uyusunlar. Biz bu iblisanə bəlanı bir daha təkrar etməməliyik “ yazılıb.

Bundan sonra ABŞ prezidenti memorial kompleksində çıxış edib: “Şəhəri məhv edən işıq qığılcımı və odlu divar bununla göstərdi ki, bəşəriyyət özünü məhv etmək imkanını əldə edib”.

Obama vurğulayıb ki, Xirosimaya insanlar ona görə gəlirlər ki, o qədər də uzaq olmayan bir keçmişdə şəhərin necə dəhşətli bir gücün təsiri ilə dağıdıldığı barədə düşünsünlər.