Nyu-York məhkəməsi Surinam prezidenti Dezir Bautersin oğlu Dino Bautersi 16 il müddətinə azadlıqdan məhrum edib.
AzVision.az-ın “Reuters”əm istinadən xəbər verir ki, prezidentin oğlu Livanın “Hizbullah” təşkilatına yardım etməyə cəhddə ittiham olunub.
Surinam prezidentinin 42 yaşlı oğlu kontur-terror şöbəsində işləyib. O, Panamada “Hizbullah” maliyyə yardım etmək istəyərkən ABŞ anti-terror idarəsinin agentləri tərəfindən saxlanılıb.
Məhkəmənin iddiasına görə, Bauters iki milyon dollar qarşılığında “Hizbullah”a Surinamda baza yaratmağa şərait yaradacaqmış. Prokurorlar onun 30 il müddətinə azadlıqdan məhrum edilməsini istəyiblər.