XƏBƏR LENTİ

09 Mart 2021
08 Mart 2021

Digər Xəbərlər

27 May 2016 - 18:16

Tokioda 292 aviareysləğv olundu

Mayın 27-də Tokionun “Haneda” hava limanının uçuş zolağında “Korean Air” aviakompaniyasına məxsus “Boeing 777” təyyarəsinin mühərrikində baş verən yanğın səbəbindən azı 292 reys ləğv olunub.

Tokio şəhərindən Seula uçmalı olan “Korean Air” aviakompaniyasına məxsus “Boeing 777” təyyarəsinin 319 sərnişini və ekipaj üzvü təcili olaraq təxliyə edilib. İnsident nəticəsində xəsarət alan olmayıb.

Uçuş-eniş zolaqlarının əksəriyyətinin işinin bərpa edilməsinə baxmayaraq, hadisə bir sıra reyslərin ləğvinə səbəb olub. 50 mindən çox sərnişinin səfərlərini təxirə salmaq məcburiyyətində qalıb.

Polisin verdiyi məlumata əsasən, hazırda alov söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır(azərtac).