XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 May 2016 - 20:14

İranda 30-dan çox tələbə həbs olundu:Sərxoş gənclər, yarıçılpaq qızlar...

İranda bir qrup tələbə şəriət qaydalarını pozduğuna görə həbs olunub. Məhkəmə onların 99 şallaq zərbəsi ilə cəzalandırılması barədə qərar çıxarıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Qəzvin şəhərindəki kolleclərdən birinin tələbələri olan bu gənclərin spirtli içki qəbul etdiyi və özlərini əxlaq qaydalara uyğun aparmadığı iddia olunur.

Qəzvin prokuroru İsmayıl Sadiqi bildirib ki, sayı 30-dan çox olan bu tələbələrin arasında çadrasız, hicabsız – yarıçılpaq vəziyyətdə olan qızlar da var.

Prokuror gənclərin dindirildiyini və artıq barələrində məhkəmə qərarının da çıxarıldığını deyib.