XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 June 2015 - 17:04

Mixail Qorbaçov: “Bugünkü təhlükələr SSRİ-nin suqutu üzündən yaranıb”

qorbacov.jpg

“Mən SSRİ prezidenti kimi ölkədə bütün problemlərin demokratik yolla həllinin mümkünlüyünə özümü o qədər inandırmışdım ki, sonda bu əminliyin badına getdim”.

Strateq.az bildirir ki, bu sözləri SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Moskva Beynəlxalq Unversitetində mühazirəsi zamanı Sovet İttifaqının suqutu səbəbləri barədə danışarkən deyib. Onun sözlərinə görə, 1985-ci ildən başladığı yenidənqurma kursu sovet rəhbərliyi tərəfindən tam dəstəklənməyib. “Sovet siyasi elitası yeni sistemdən narazı idi. Prezident isə bunu hiss etməyib”, – deyə Qorbaçov özünün günahını etriaf edib.

M. Qorbaçovun sözlərinə görə, dünyada bu gün yaranmış təhlükə SSRİ-nin süqutu, yenidənqurma siyasətinin dağıdılması, yeni liderlərin əməkdaşlıq və təhlükəsizlik sistemini qurmaq imkanlarının olmaması üzündən yaranıb. “”Soyuq müharibənin” sona çatması ilə dünyada qlobal təhlükəsizliyi təmin etmək üçün yaranmış imkanlar əldən buraxıldı” – deyə eks prezident vurğulayıb.

Qeyd edək ki, 84 yaşlı M. Qorbaçov SSRİ-nin ilk və son prezidenti olub. 1991-ci ilin dekabrında prezident postundan istefa verib.

X. SƏFƏRLİ

Strateq.az