XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 May 2016 - 00:45

NATO-nun sabiq baş katibi Ukraynada vəzifə aldı –Rasmussen Poroşenkonun müşaviri oldu

poroshenko-1

Ukrayna prezidenti Petro Poroşenko NATO-nun sabiq Baş katibi Anders Foq Rasmusseni özünün ştatdankənar müşaviri təyin edib.

Müvafiq fərman mayın 27-də Ukrayna dövlət başçısının rəsmi saytında yerləşdirilib.

“Anders Foq Rasmussen Ukrayna prezidentinin ştatdankənar müşaviri təyin edilsin”, – fərmanda deyilir(oxu.az).

Qeyd edək ki, Anders Foq Rasmussen 2009-2014-cü illərdə Şimali Atlantika Alyansı Baş katibi, 2001-2009-cu illərdə isə Danimarka hökümətinə rəhbərlik edib.