APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın baş naziri Heydər əl Abadi bildirib.
Əl Abadinin sözlərinə görə, terrorçu qruplaşmalar tərkibində vuruşan əcnəbilər hazırda çoxluq təşkil edir: “Bu gün biz xaricdən ölkəyə gələn silahlı və terrorçulardan çox böyük əziyyət çəkirik. ölkəyə hər ay çoxlu sayda günahsız iraqlıların ölümünə səbəb olan 40-dək kamikadze daxil olur”.
Qeyd edək ki, strateji əhəmiyyətli Ər-Ramadi şəhəri İŞİD silahlıları tərəfindən zəbt edildikdən sonra vəziyyət xeyli gərginləşib.