XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 May 2016 - 10:36

UEFA Çempionlar Liqası:“Real” yoxsa “Atletiko”?

Bu gün Avropanın ən güclü futbol klubunun adı bəlli olacaq. Milanın “San Siro” stadionunda keçiriləcək final oyununda İspaniyanın iki klubu – Madridin “Real” və “Atletiko” komandaları üz-üzə gələcək.

Mütəxəssislər “Kral klubu”nun şanslarını daha yüksək dəyərləndirirlər. Belə ki, “Real” indiyədək bu mötəbər turnirdə 10 dəfə çempionluq sevinci yaşayıb.

Xatırladaq ki, Madrid təmsilçiləri iki il əvvəl də finalda üz-üzə gəlmişdilər. Həmin oyunda uduzan “Atletiko” yəqin ki, bu dəfə məğlubiyyətin əvəzini çıxmağa can atacaq.

Futbol həvəskarlarının maraqla gözlədiyi qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq(azərtac).