Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti Sammiti 2017-ci ildə Astanada keçiriləcək. Bu şəhərdə təşkil ediləcək “EXPO-2017” beynəlxalq sərgisi ilə bərabər Qazaxıstan ŞƏT-in Sammitinə də ciddi hazırlaşır. Qazaxıstan ŞƏT məkanında azad ticarət zonasının yaradılması üçün şəraitin yaradılması barədə danışıqlar aparır.
Rusiya, Qazaxıstan, Çin, Qırğızıstan, Özbəkistan, Tacikistanın daxil olduğu ŞƏT-in builki Sammiti iyunun 23-24-də Daşkənddə keçiriləcək(azərtac).