XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 May 2016 - 16:21

Qırğızıstanda daşqınlar:ölənlər var

Qırğızıstan Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, Batken vilayətinin Kadamjay rayonunda güclü yağış, sel və daşqın infrastruktura və yerli əhaliyə ciddi zərər vurub.

Güclü sel Oş-Aydarkend magistral yolunda 15 minik maşınını aparıb, beş nəfər həlak olub. Digər bir avtomobildəki üçyaşlı uşaq itkin düşüb, xilasedicilər onun axtarışı ilə məşğuldur. Bu ərazidə yolun bir hissəsi tam sıradan çıxıb, 50 ev yararsız hala düşüb, su təchizatı dayanıb.

Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov hadisə yerinə gedib, yerli əhali və zərər çəkən insanlarla görüşüb, həlak olanların yaxınlarına başsağlığı verib.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı qərargah yaradılıb. Qırğızıstan prezidenti Almazbek Atambayev zərər çəkənlərə maddi və mənəvi yardım göstərilməsi barədə sərəncam imzalayıb(azərtac).