XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

29 May 2016 - 13:27

Qocalar evində yanğın:Ölənlər var

Kiyevdə qocalar evində baş verən yanğın nəticəsində 17 nəfər həlak olub.

Bu barədə Dövlət Fövqəladə Hallar Xidmətinin sədri Nikolay Çeçetkin jurnalistlərə məlumat verib. O qeyd edib ki, yanğın zamanı binada 35 nəfər olub, onların 17-si ölüb. Hazırda 16 nəfərin cəsədi tapılıb, bir nəfərin isə axtarışları davam etdirilir. Həlak olanlar arasında qocalar evinin bir əməkdaşı da var. Onun bildirdiyinə görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Qocalar evi Kiyev vilayətinin Letoçki kəndində şəxsi ikimərtəbəli binada yerləşib. Burada yaşlı insanlara müvəqqəti sığınacaq verilib(azərtac).