XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

30 May 2016 - 11:05

Amerikalıların öldürdüyü İŞİD-in məşhur çeçen komandiriƏş-Şişani “dirildi”?

Sisani

EAdaily.com. 30.05.2016

 

İŞİD ordusunun martda ABŞ-ın endirdiyi aviazərbədən sonra ölmüş sayılan baş komandanı Ömər əş-Şişani “o dünyadan” salam göndərib. İŞİD-in AMAK informasiya agentliyi şəbəkədə “Əbu Ömər əş-Şişani Fəllucə müdafiəçilərinin ilk sırasında” videosunu yerləşdirib. Gürcüstanın Pankis dərəsindən çıxmış sarısaqqal, operatora dini terminləri izah edir, kafir düşmənlərin yerləşdiyi tərəfə doğru işarə edir və sonda deyir: “Biz Dəməşıqə qədər gedəcəyik. Əllahu Əkbər!”

Adına görə fikir yürüdülsə, 20 saniyəlik çarx İraq ordusu və şiə yığmasının hücum etməyə hazırlaşdığı Fəllucə şəhərinin yaxınlığında döyüş meydanında çəkilib. Kadrlarda sarısaqqal cihadçının bir neçə digər döyüşçü ilə bağ və çöllüklə əhatə olunmuş birmərtəbəli tikintinin divarları arxasında necə gizləndiyi görünür. Yaxınlıqdan asfalt yol keçir. Eyni zamanda Ömər əş-Şişani tamamilə sağlam görünür. Düzdür, Batiraşvilinin gödəkçə və papaqda olmağı adamı çaşdırır, İraqda isə hazırda soyuq deyil. Ortagünlük hərarət +25-35-dir. Rusdili cihadçının özü də ona sui-qəsddən heç nə danışmır. Buna görə də video ekstremistlərin döyüş ruhunu qaldırmaq üçün İŞİD-in informasiya tullantısı da ola bilər. İraqda tezliklə Fəllucəyə hücum başlansa, Suriya kürdləri ABŞ-ın dəstəyi ilə İŞİD paytaxtı Rakkaya həmlə edəcəklər. Bu durumda ekstremistlərə mənəvi dəstək maneçilik yaratmır.

Xatırladaq ki, Ömər əş-Şişani (Tarxan Batiraşvili) Suriya və İraqda ən məşhur rusdilli cihadçıdır. Gürcüstanda Pankis dərəsində böyüyüb. Orta məktəbdən sonra gürcü ordusunda xidmət edib və bəzi məlumatlara görə, 2008-ci ildə Güney Osetiya münaqişəsində isə gürcü artilleriyasını Rusiyanın tank dəstələrinə tuşlayıb. Sonradan vərəm xəstəliyinə görə hospitala düşdü və onu ordudan sildilər. 2010-cu ildə qeyri-qanuini silah saxlamağa görə həbsxanaya düşdü və bundan sonra 2012-ci ildə Suriyaya yollandı.

Tarxan Batiraşvili orada əcnəbi cihadçıların ən böyük qruplaşması  “Ceyş əl-Muhacirun vəl-Ənsar”a başçılıq etdi. Qruplaşma hökumət qoşunları ilə vuruşdu və Suriyada dini dövlət yaratmağı qarşısına məqsəd qoydu. Əsasən çeçen döyüşçülərdən ibarət idi və 2014-cü ildə parçalandı. Tarxan Batiraşvili ona sadiq ekstremistləri sonradan baş komandan, Şimali Suriyann əmiri və Ali Şuraya üzv olduğu İŞİD-ə apardı.

ABŞ ekstremisti ən çox axtarılan terrorçular siyahısına daxil etdi. Dövlət Departamenti onun yaxalanmağına səbəb olacaq məlumata görə 5 milyon dollar vəd etdi.

Əl-Məsdərnews agentliyinin xəbər verdiyi kimi, Tarxan Batiraşvilinin yaxalanması və ya öldürüldüyü haqda 10 dəfə bildirilib və hər dəfə məlumat yalan çıxıb. Onun ölümü haqda məlumat son dəfə bu ilin martında yayıldı. Pentaqonun mətbuat katibi Piter Kuk bildirdi ki, İŞİD liderlərindən biri martın 4-də əş-Şəddad rayonunda aviazərbə nəticəsində həlak olub.

 

Tərcümə Strateq.az-ındır.