XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 May 2016 - 18:29

Türkiyə Liviyadakı səfirliyininfəaliyyətini bərpa edir

movlud-cavusoglu

Türkiyənin Liviyanın paytaxt Tripolidə səfirliyi yenidən fəaliyyətə başlayacaq.

Ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu səfirliyin yenidən fəaliyyətə başlaması ilə əlaqədar mayın 30-da Liviyaya səfər edib.

Məlumata görə, türkiyəli diplomat səfər çərçivəsində 2016-cı il martın 30-da razılaşma əsasında yaradılan Liviya Milli Barışıq Hökuməti Sədrlər Şurasının başçısı Fayez Mustafa əl-Sarraj və xarici işlər naziri Məhəmməd Tahir Siyala ilə görüşəcək.

Qeyd edək ki, 2014-cü ildə təhlükəsizliklə bağlı vəziyyət pisləşdiyindən Türkiyənin Liviyadakı səfirliyinin əməkdaşları ölkədən təxliyə edilmiş, diplomatik qurum bağlanmışdı(report).