XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

31 May 2016 - 10:20

Poroşenko Saakaşvilinin təşəbbüsünə dəstək verdi –Görüş (FOTO

poroshenko-1

Ukrayna Prezidenti Pyotr Poroşenko Odessanın qubernatoru Mixail Saakaşvilini qəbul edib.

Ukrayna prezidentinin mətbuat xidməti xəbər verir ki, Poroşenko Saakaşvilinin Odessada bu günə qədər gördüyü işləri müsbət dəyərləndirib.

“Biz çox ümid edirik ki, nəqliyyatla bağlı dəhliz layihəmiz Odessanı Rumıniya ilə birləşdirir. Konstansa, Varna, Bolqarıstan, həmçinin Avropa Birliyi də bu layihəyə cəlb ediləcək. Rumıniya və Bolqarıstan rəhbərliyi də bu layihədə öz maraqlarından danışdılar və məni bu layihədə iştirak edəcəklərinə inandırdılar", – Poroşenko Saakaşvili ilə görüşdə qeyd edib.

Poroşenko Saakaşvilinin təşəbbüsü ilə planlaşdırılan layihə ilə bağlı işlərin sürətləndirilməsi istiqamətində öz tapşırıqlarını verib.

Saakaşvilini Odessaya investisiyaların yatırılması, turizm sektorunun inkişafı üçün aktiv iş aparmağa çağıran Poroşenko vilayətdə yaradılan qanun-qaydalara görə qubernatora təşəkkür edib(Axar.az).