XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2016 - 13:07

İran prezidenti:“Ərəbistanın Həccin yolunu bağlaması uşaq hərəkətidir”

ruhani

“Həcc, Məkkə və Mədinə bütün müsəlmanlara aid olub, İslam dünyasının maraqlarına çatmaq üzrə bir yer sayılır.  Səudiyyənin Allah və həccin yolunu bağlamaqla  etdiyi uşaq hərəkətləri sionist rejimin istəyinin təminidir”.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu sözləri İran prezidenti Həsən Ruhani Qərbi Azərbaycanın din alimləri və  döyüşçüləri ilə görüşdə bildirib.

Prezidentin sözlərinə görə, Ərəbistanın iranlı zəvvarlara maneçilik törətməsi İsrailin arzusunun həyata keçirməkdir.

İslam Respublikası prezidenti deyib ki, bu gün regionda qeyri-sabitlik yaratmış qüvvələr istəyirdilər ki, İranda terroizm və səbatsızlıq törətsinlər: “Onlar İran xalqının birliyini müşahidə edərkən öz hərəkətlərini həyata keçirə bilmədilər”.