XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2016 - 20:45

İraq gələn ay satışa 5 milyon barrelneft çıxaracaq

İraq iyunda müştərilərinə satmaq üçün 5 milyon barreldən çox neft ayırıb.

Bununla da İraq Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) iyunun 2-də Vyanada keçiriləcək yığıncağından öncə bazar payını qorumaq istəyən Orta Şərq istehsalçıları arasına qatılıb. Səudiyyə Ərəbistanından sonra OPEC-in ikinci böyük neft istehsalçısı olan İraq iyunda cənub terminallarına rekord səviyyədə – gündəlik 3,47 milyon barrel neft ixrac etməyi hədəfləyir.

İraqla yanaşı Səudiyyə Ərəbistanı, Küveyt, İran və Birləşmiş Ərəb Əmirlikləri də iyundan etibarən neft istehsalını artırmağı planlaşdırırlar(azərtac).